Bank Of Baku

Səfa Mirzəyev: “Avropa Şurası, ATƏT və digər təşkilatların Azərbaycanda seçki komissiyalarının formalaşdırılması ilə bağlı konkret təklifi yoxdur”

Səfa Mirzəyev: “Avropa Şurası, ATƏT və digər təşkilatların Azərbaycanda seçki komissiyalarının formalaşdırılması ilə bağlı konkret təklifi yoxdur”
# 30 yanvar 2008 14:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Milli Məclis (MM) Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. MM Aparatının rəhbəri Seçki Məcəlləsinə ediləcək dəyişikliklər haqqında danışaraq bu dəyişikliklərin əsasən seçki prosesinin təkmilləşdirilməsinə yönəldildiyini deyib. S. Mirzəyev hazırda fəaliyyət göstərən seçki komissiyalarının seçkidə ədaləti şəkildə iştirak etmək istəyən tərəflərin hamısı üçün bərabər şərait yaratdığını deyib: “Mənim fikrim ondan ibarətdir ki, seçki komissiyalarının tərkibi siyasi mənsubiyyət əsasında qurulmamalıdır. Siyasi partiyaların, siyasətdə iştirak edən digər qurumların təklifləri əsasında formalaşan seçki komissiyalarının mövqeyi qabaqcadan bilinir. Mənim fikrimcə, seçki komissiyalarına peşəkarlar dəvət olunmalıdır. Söhbət seçki qanunvericiliyini və seçki prosesini yaxşı bilən insanlardan gedir. Təəssüf ki, bu mənim istəyimdən asılı deyil. Hazırda qüvvədə olan qanun seçkiləri azad və demokratik əsasda keçməyə imkan verir”. Onun sözlərinə görə, məcəlləyə təklif olunan dəyişikliklərdən biri seçki dövründə səsvermə gününə qədər və səsvermə günündən sonra yaranan mübahisələrin tez və keyfiyyətli həll olunması ilə bağlıdır. MM Aparatının rəhbəri, həmçinin yaz sessiyasında Seçki Məcəlləsinə lazım olan müvafiq dəyişikliklərin ediləcəyinə inandığını da deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR