Bank Of Baku

Azərbaycanın iyirmi müxalifət partiyası yeni qurum yaradıb

Azərbaycanın iyirmi müxalifət partiyası yeni qurum yaradıb
# 30 yanvar 2008 14:37 (UTC +04:00)
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında siyasi əməkdaşlıq sazişi imzalayan 20-yə yaxın partiyanın təşəbbüsü ilə Demokratik Seçki Mərkəzi (DSM) təsis olunub. KXCP-dən APA-ya verilən məlumata görə, qurum seçkiöncəsi demokratik mühitin yaradılması, Seçki Məcəlləsində dəyişikliyin edilməsi məqsədi ilə yaradılıb. DSM-in yaradılması ilə bağlı yayılan bəyanatda bildirilir ki, qurum müxalifət düşərgəsində anlaşmanın tərəfdarıdır və bu məqsədlə bütün siyasi partiyaları əməkdaşlığa dəvət edir.
Qeyd edək ki, 2007-ci dekabrın 12-də 20-yə yaxan partiya arasında əməkdaşlığa dair saziş imzalanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR