Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların xüsusi ayrılmış yerlərdə keçirilməsində israrlıdır

Bakı Şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların xüsusi ayrılmış yerlərdə keçirilməsində israrlıdır
# 30 yanvar 2008 14:44 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup ictimai təşkilatın kütləvi aksiyalar üçün ayrılmış yerlərlə bağlı göndərdiyi sorğuya cavab verib. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazovun APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi cavab məktubunda bir müddət əvvəl mitinq və küçə yürüşləri üçün şəhərin müxtəlif yerlərində ayrılmış 7 marşrutda hər hansı dəyişiklik etmədiyini bildirib. Məktubda qeyd olunub ki, mitinq planlaşdıran təşkilatlar bu yerlərin birini seçərək BŞİH-yə müraciət etməlidir. Şəhər rəhbərliyi isə öz növbəsində hansı yerdə mitinqin keçirilməsinin məqsədə uyğun olduğunu müəyyənləşdirəndən sonra cavab verəcək: “Bu cavabdan məlum olur ki, hətta şəhər rəhbərliyinin ayırdığı yerlərdə aksiya planlaşdırılacağı təqdirdə belə, icra hakimiyyəti yerlə bağlı qərarı özü verəcək. Lakin bu, absurd yanaşmadır”. E. Namazov yaxın günlərdə Mitinq Komitəsinin növbəti iclasının keçiriləcəyini və atılacaq növbəti addımların müəyyənləşəcəyini bildirib.
Qeyd edək ki, BŞİH 2006-cı ildə mitinqlər üçün 4, küçə yürüşləri üçün isə 3 yer müəyyənləşib. Mitinqlər üçün “Nefçilər” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionu, Rüstəm Rüstəmov küçəsindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna doğru gedən yoldakı meydan, Ukrayna meydanı, “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Tofiq İsmayılov adına stadionu, küçə yürüşləri üçün isə metronun “Neftçilər” stansiyası yanından (Dakar meydanından) başlayaraq Rüstəm Rüstəmov küçəsindən keçməklə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı meydana qədər (məsafə 1600 metr), “Həzi Aslanov” metrostansiyasının yanından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə Ukrayna meydanınadək (məsafə 1200 metr) və Səttar Bəhlulzadə adına meydandan “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Tofiq İsmayılov adına stadionunadək (məsafə 1000 metr) olan ərazilər müəyyənləşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR