Bank Of Baku

Seneqal prezidentinin İcra Aparatının rəhbəri Bakıda səfərdədir

Seneqal prezidentinin İcra Aparatının rəhbəri Bakıda səfərdədir
# 30 yanvar 2008 15:05 (UTC +04:00)
Seneqal prezidentinin İcra Aparatının rəhbəri Abdoulaye Balde bu gün Bakıya səfərə gəlib. APA-nın məlumatına görə, cənab Balde jurnalistlərə verdiyi açıqlamada bildirib ki, səfərdə əsas məqsəd iki ölkə arasında qarşılıqlı əməkdaşlığı müzakirə etmək və Seneqal prezidentinin məktubunu Azərbaycanın dövlət başçısına çatdırmaqdır. Abdoulaye Balde artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Danışıqların mövzusu barədə jurnalistlərə açıqlama verən Seneqal rəsmisi bildirib ki, hər iki ölkə qarşılıqlı əlaqələri genişləndirməyi planlaşdırır. O, yaxın zamanlarda Azərbaycana və Seneqalda hər iki ölkənin səfirliklərinin açılacağına ümidvar olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR