Bank Of Baku

Azərbaycan Milli Məclis Aparatının rəhbəri: “Venesiya Komissiyası “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun layihəsinə yüksək rəy verib”

Azərbaycan Milli Məclis Aparatının rəhbəri: “Venesiya Komissiyası “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun layihəsinə yüksək rəy verib”
# 30 yanvar 2008 15:09 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Milli Məclis Aparatının (MM) rəhbəri Səfa Mirzəyev deyib. MM Aparatının rəhbəri qanun layihəsinin son variantının ölkə prezidenti tərəfindən hələlik Milli Məclisə təqdim olunmadığını bildirib: “Hazırda qüvvədə olan qanunla da Azərbaycanda insanların sərbəst toplaşmaq hüququ təmin olunur. Yeni qanunda isə dövlət qurumlarının binaları qarşısında aksiyaların keçirilməsi məsələsinə aydınlıq gətirilir. Layihədə hansı dövlət qurumunun binası qarşısında bu cür aksiyaların keçirilməsinə icazə verilib-verilməməsi dəqiq göstərilir”. S. Mirzəyev parlamentdə müzakirəsi gözlənilən “Siyasi partiyalar haqqında” qanun layihəsi barədə də məlumat verib. Onun sözlərinə görə, inkişaf etmiş Avropa ölkələrində “Siyasi partiyalar haqqında” qanun yalnız partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmini nəzərdə tutur. MM Aparatının rəhbəri Azərbaycanda qəbul olunacaq yeni “Siyasi partiyalar haqqında” qanunda bu prinsiplərin öz əksini tapacağını deyib: “Milli Məclisdə hazırlanan qanun layihəsi bir qədər əvvəl Rusiyada qəbul olunan analoji qanuna bənzəməyəcək. Çünki Rusiyada qəbul olunan həmin qanun keçmişin inzibati amirlik metodlarına əsaslanır. Bizim qəbul edəcəyimiz qanun isə Avropa modelinə əsaslanacaq demokratik sənəd olacaq. Siyasi partiyaların maliyyələşdirmə meyarları dəqiqləşdirilməlidir. Çünki dünyanın heç bir ölkəsində fəaliyyət göstərən bütün siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilmirlər. Maliyyələşdirmə zamanı partiyaların regionlar üzrə təmsilçiliyi, seçkilərdə qazandığı səslər və bələdiyyələrdə təmsilçiliyi əsas götürülür. Azərbaycanda da təxminən buna oxşar meyarlar müəyyənləşdirilməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR