Bank Of Baku

Elmira Süleymanova Eynulla Fətullayevin atasını qəbul edib

Elmira Süleymanova Eynulla Fətullayevin atasını qəbul edib
# 30 yanvar 2008 15:33 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin atası Emin Fətullayevi onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Emin Fətullayev oğlunun 12 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə kamerasında saxlandığını bildirib və bu məsələni araşdırmağı Ombudsmandan xahiş edib: “Müvəkkil müəssisə rəhbərliyi ilə əlaqə saxlayıb, Eynulla Fətullayevin cərimə kamerasında deyil, karantin otağında saxlandığı müəyyənləşib”. Emin Fətullayevə bildirilib ki, Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Eynulla Fətullayevlə görüşüblər: “Baş redaktor saxlanma şəraitindən, müəssisə əməkdaşlarının ona qarşı rəftarından narazı olmadığını, müəssisəyə yenicə gətirildiyi üçün karantin otağında saxlandığını bildirib”. Məlumatda qeyd olunur ki, müəssisə rəisinin göstərişinə əsasən, E. Fətullayevə valideynləri ilə telefon əlaqəsi saxlamaq, onlardan sovqat almaq imkanı yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR