Bank Of Baku

Denis Bribosia: “Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafı və insan haqlarının qorunmasına yönəlmiş bir çox təşəbbüsü dəstəkləyir”

Denis Bribosia: “Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafı və insan haqlarının qorunmasına yönəlmiş bir çox təşəbbüsü dəstəkləyir”
# 30 yanvar 2008 15:36 (UTC +04:00)
“Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafı və insan haqlarının qorunmasına yönəlmiş bir çox təşəbbüsü dəstəkləyir. Bu gün cənab Məmmədquliyevin də dediyi kimi, demokratiya və insan haqları Avropa Şurasının üzvləri, o cümlədən Azərbaycanın qarşısında daim yeni vəzifələr qoyur”. Bu sözləri APA-ya açıqlamasında Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia deyib. Azərbaycanın AŞ ilə məhsuldar əməkdaşlıq etdiyini söyləyən D. Bribosia gələn həftə AŞ Venesiya Komissiyası nümayəndələrinin Azərbaycana gələrək Seçki Məcəlləsinə dəyişikliklə bağlı müzakirələr aparacağını bildirib. Beynəlxalq qeyri-hökumət təşkilatlarının mövqeyinin və irəli sürdükləri tövsiyələrin obyektiv olub-olmadığına toxunan D. Bribosianın sözlərinə görə, bu qurumların fəaliyyətinə qiymət vermək onun mandatına daxil deyil: “Ancaq bu təşkilatlar müstəqildir və öz fikirlərini ifadə etmək hüquqları var”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR