Bank Of Baku

Naxçıvan Ali Məclisinin sədri Ərdəbil valisinin müavinini qəbul edib

Naxçıvan Ali Məclisinin sədri Ərdəbil valisinin müavinini qəbul edib
# 30 yanvar 2008 16:46 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İranın Ərdəbil vilayəti valisinin müavini Məcid Qədirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, iki ölkə arasındakı dostluq və qonşuluq əlaqələrindən danışan Vasif Talıbov qaz və elektrik enerjisi mübadiləsinin bu vilayət vasitəsilə aparıldığını deyib. O, əlaqələrin bundan sonra da genişlənməsinin vacibliyini vurğulayıb. Naxçıvanın Təbriz və Urmiya şəhərləri ilə geniş əlaqələrinin olduğunu deyən Ali Məclis sədri Muxtar Respublikanın Ərdəbil vilayəti ilə təhsil, mədəniyyət, turizm və digər sahələrdə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu bildirib. Məcid Qədiri də öz növbəsində görüşü hər iki regionun birgə əməkdaşlıq imkanlarının öyrənilməsinə xidmət etdiyini qeyd edib. Görüşdə İranın Naxçıvandakı baş konsulu Seyid Məhəmməd Təbatəbai də iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR