Bank Of Baku

ABŞ-ın Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində Azərbaycanla bağlı dəyirmi masa keçirilib

ABŞ-ın Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində Azərbaycanla bağlı dəyirmi masa keçirilib
# 31 yanvar 2008 07:58 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, tədbirdə Fletçer Hüquq və Diplomatiya Məktəbi ilə daha sıx əməkdaşlıq qurmaq məqsədi üçün buraya səfər edən Azərbaycan XİN-in Diplomatik Akademiyasının əməkdaşları da iştirak ediblər. Dəyirmi masanı giriş sözü ilə açan professor Andryü Hess regionda baş verən proseslər barədə danışıb. Sonra Diplomatik Akademiyanın əməkdaşları və həmçinin tədbirdə iştirak edən Azərbaycan Respublikasının Los-Ancelesdə baş konsulu, Fletçer Hüquq və Diplomatiya Məktəbinin Elin Süleymanov ölkədə baş verən ictimai-siyasi proseslər, Ermənistan-Azərbaycan münaqişəsi və regional enerji layihələri barədə Amerika tələbə və professor heyətini məlumatlandırıblar. Tədbirdə iştirak edən 30-dan artıq amerikalı region və ölkəmiz barədə ətraflı məlumat aldıqları üçün təşkilatçılara minnətdarlıq ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR