Bank Of Baku

Ziyafət Əsgərov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirini qəbul edib

Ziyafət Əsgərov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirini qəbul edib
# 31 yanvar 2008 08:27 (UTC +04:00)
Milli Məclis (MM) sədrinin 1-ci müavini Ziyafət Əsgərov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda diplomatik missiyasını başa vuran səfiri Əli Həsən Əhməd Cəfəri qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Z. Əsgərov Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin intensiv inkişaf etdiyini, dostluq əlaqələrinin daha da möhkəmləndiyini bildirib. MM sədrinin 1-ci müavini səfirə iki ölkə arasında münasibətlərin inkişafında göstərdiyi xidmətə görə minnətdarlıq edib. Diplomat başqa ölkədə fəaliyyət göstərəcəyi təqdirdə belə, Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin inkişafı üçün bundan sonra da əlindən gələn köməyi əsirgəməyəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR