Bank Of Baku

Misirin Qaulubiyyə şəhərində Heydər Əliyevin abidəsi və parkın açılışı olacaq

Misirin Qaulubiyyə şəhərində Heydər Əliyevin abidəsi və parkın açılışı olacaq
# 31 yanvar 2008 09:27 (UTC +04:00)
Bakının Abşeron rayonunun 10 nəfərdən ibarət nümayəndə heyəti fevralın 4-dən 10-na kimi Misirin Qaulubiyyə quberniyasında səfərdə olacaq. Misirin Azərbaycandakı səfirliyindən APA-ya verilmiş məlumata görə, səfər çərçivəsində Qaulubiyyə şəhərində Misir-Azərbaycan dostluq parkının və bu parkda Heydər Əliyevin abidəsinin açılışı olacaq. Abidə Azərbaycanda hazırlanaraq, Xırdalanın qardaşlaşmış şəhəri olan Qaulubiyyə şəhərinə hədiyyə edilib. Xatırladaq ki, ötən ilin sonunda bu şəhərin qubernatoru Ədli Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda olmuş, Xırdalanda Azərbaycan-Misir dostluğu parkının açılışında iştirak etmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR