Bank Of Baku

Ankarada AQEM ekspertlərinin görüşü keçirilir

Ankarada AQEM ekspertlərinin görüşü keçirilir
# 31 yanvar 2008 09:49 (UTC +04:00)
Bu gün Ankarada Asiyada Qarşılıqlı fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirənin (AQEM) yeni çağırışlar və təhdidlər sahəsində etimad tədbirlərinin həyata keçirilməsi üzrə ekspertlərinin ikigünlük görüşü işə başlayıb. APA-nın məlumatına görə, Azərbaycanı tədbirdə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsinin əməkdaşı Leyla Aslanlı və Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri təmsil edir. Tədbirin məqsədi AQEM-ə üzv dövlətlərinin həm siyasi, həm sahə üzrə ekspert səviyyəsində bir araya gətirilməsi və onların təhlükəsizliyinə mövcud olan yeni çağırış və təhdidlərlə bağlı milli təcrübələrinə dair fikir mübadiləsi aparılmasıdır. Görüşdə sərhəd nəzarəti və idarə edilməsi, polis fəaliyyəti ilə bağlı məsələlər, terrorçuluq və qaçaqmalçılıq mövzusunda müzakirələr aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR