Bank Of Baku

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 124 il ötür

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 124 il ötür
# 31 yanvar 2008 10:20 (UTC +04:00)
O, ilk təhsilini məşhur pedaqoq Sultan Məcid Qənizadənın müdir olduğu II “Rus-müsəlman” məktəbində alıb. 1902-ci ildə 17 yaşlı M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Az sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulur və məşrutə inqilabına istiqamətverici qüvvəyə çevrilir. 1904-cü ilin axırlarında Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı”nı yaradırlar. 1917-ci il iyununda “Müsəlman demokratik “Müsavat” partiyası” ilə Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi “Türk Ədəm Mərkəziyyət partiyası” birləşərək, “Türk Ədəm Mərkəziyyət partiyası Müsavat” adını alıb. 1917-ci il oktyabrın 26-dan 31-nə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən “Türk Ədəmi Mərkəziyyət partiyası Müsavat”ın birinci qurultayında Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri, 1917-ci ilin payızında isə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb, M. Ə. Rəsulzadə səs çoxluğu ilə Milli Şuranın sədri seçilib. 1918-ci il mayın 28-də isə Milli Şura Azərbaycanın istiqlaliyyətini elan edib, Şərqdə ilk demokratik respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını bəyan edib. 23 aylıq istiqlaldan sonra 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayıb. Rəsulzadə Lahıcda həbsə alınıb, sonra Stalin onu özü ilə birlikdə Moskvaya apararaq RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin edib. Rəsulzadə RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq (keçmiş Lazarev) İnstitutunda da fars dilindən dərs deyib. Az sonra elmi tədqiqat adı ilə Leninqrad şəhərinə gedən Rəsulzadə oradan milli hərəkatçılar tərəfindən Fin körfəzi vasitəsilə Finlandiyaya qaçırılıb. Bununla da onun həyatının mühacirət dövrü başlayır.
Rəsulzadə ömrünün sonunadək fasilələrlə Türkiyə və Avropa ölkələrində mühacirətdə yaşayıb. Məhəmməd Əmin 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib. O, Ankaranın Əsri qəbiristanlığında dəfn edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR