Bank Of Baku

Rəsulzadənin doğum günü ilə bağlı tədbir keçirmək istəyən “Dalğa” Gənclər Hərəkatının 14 üzvü polis tərəfindən saxlanılıb

Rəsulzadənin doğum günü ilə bağlı tədbir keçirmək istəyən “Dalğa” Gənclər Hərəkatının 14 üzvü polis tərəfindən saxlanılıb
# 31 yanvar 2008 12:19 (UTC +04:00)
Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum gününün 124-cü ildönümü ilə bağlı tədbir keçirmək istəyən “Dalğa” Gənclər Hərəkatının 14 üzvü Səbayel Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. APA-nın məlumatına görə, Kukla Teatrının qarşısında M.Ə.Rəsulzadənin heykəlinin qoyulması üçün nəzərdə tutulmuş yerə gedərkən gənclərdən 3-ü Sahil bağında saxlanılıblar. 11 nəfər isə abidə üçün nəzərdə tutulmuş yerdə tikilmiş fontanın qarşısına gül qoyarkən polis maşınlarına əyləşdirilərək ərazidən uzaqlaşdırılıb. Hazırda gənclərin 3-cü 39-cu polis bölməsində, 11-i isə 9-cu polis bölməsindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR