Bank Of Baku

Əli Əhmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri ilə görüşüb

Əli Əhmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri ilə görüşüb
# 31 yanvar 2008 12:42 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Bakı ofisinin rəhbəri Ceyk Consla görüşüb. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ə. Əhmədov partiya ilə BRİ arasında səmərəli əməkdaşlıq münasibətlərinin olduğunu deyib və bunun Azərbaycanda demokratik düşüncənin, demokratik təmayülün inkişafına önəmli töhfə verəcəyini söyləyib. Görüşdə təşkilatlar arasında əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, həyata keçirilən birgə layihələrin nəticələri ətraflı müzakirə edilib. ABŞ təmsilçisi isə BRİ-nin YAP-la əlaqələrinin daha da dərinləşdirilməsi və birgə layihələrin əhatə dairəsinin genişləndirilməsi niyyətində olduqlarını vurğulayıb.
Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR