Bank Of Baku

“Ərzurumdan Xocalıya: ermənilərin törətdikləri soyqırım” adlı sənədli film çəkiləcək

“Ərzurumdan Xocalıya: ermənilərin törətdikləri soyqırım” adlı sənədli film çəkiləcək
# 31 yanvar 2008 13:14 (UTC +04:00)
Türkiyənin Atatürk Universitetinin kommunikasiya fakültəsi ’Ərzurumdan Xocalıya: ermənilərin törətdikləri soyqırım’ adlı sənədli filmin layihəsini hazırlayıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, 60 dəqiqəlik filmdə regionda erməni silahlı dəstələri tərəfindən törədilən vəhşiliklər təsvir ediləcək. Filmdə ermənilərin həyata keçirdikləri soyqırımların fotoşəkilləri, kütləvi məzarlıqların təsvirləri, canlı şahid ifadələri, Xocalı soyqırımına dair videomateriallardan istifadə olunacaq. Universitetin fənn-ədəbiyyat fakültəsinin tarix bölməsinin professoru Yavuz Arslan deyib ki, qırğınların tipinə, üsullarına və məqsədlərinə nəzər salarkən ermənilərin dünəndən bu günə kimi qətiyyən dəyişmədiyinin şahidi olmaq mümkündür: “Ərzurumda 1918-ci ildə törədilən soyqırım ermənilər tərəfindən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində təkrarlanıb”. Hazırda layihə Mədəniyyət və Turizm Nazirliyinin təsdiqini gözləyir. Bundan sonra sənədli film ingilis, alman və rus dillərinə tərcümə olunaraq Avropa Birliyi və ABŞ Nümayəndələr Palatasına göndəriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR