Bank Of Baku

Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 124-cü ildönümü münasibətilə tədbir keçirilib

Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 124-cü ildönümü münasibətilə tədbir keçirilib
# 31 yanvar 2008 13:58 (UTC +04:00)
Bu gün Müsavat Partiyası Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 124-cü ildönümü münasibətilə onun doğulduğu Novxanı kəndində anım mərasimi keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müsavatçılar əvvəlcə Rəsulzadənin kənddəki heykəli qarşısına toplaşıblar. Tədbirdə çıxış edən partiya başqanı İsa Qəmbər Rəsulzadənin həyat və fəaliyyəti, qarşıya qoyduğu ideyalar barədə danışıb. Sonra tədbir iştirakçıları Rəsulzadənin yaxınlarının məzarlarını ziyarət ediblər. Bu gün həmçinin “Azadlıq” blokuna üzv olan partiyaların və Klassik Xalq Cəbhəsi Partiyasının rəhbərliyi Rəsulzadənin heykəlini ziyarət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR