Bank Of Baku

Azərbaycan paytaxtındakı Avropa Evi fəaliyyətini dayandırır

Azərbaycan paytaxtındakı Avropa Evi fəaliyyətini dayandırır
# 31 yanvar 2008 14:13 (UTC +04:00)
Fevralın 4-də Avropa İttifaqı (Aİ) “üçlüyü”nün Azərbaycana səfəri başlayacaq. APA-nın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, “üçlüyə” Aİ-nin xarici işlər üzrə komissarı, xanım Benita Ferrero-Valdner, Aİ Şurasının prezidenti, Sloveniyanın xarici işlər naziri Dmitri Rupel, Aİ-yə bu ilin ikinci yarısında rəhbərlik edəcək Fransanın nümayəndəsi və qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi daxildir. Səfər çərçivəsində Azərbaycanda Aİ-nin səfirlik statusunda olan nümayəndəliyinin rəsmi açılış mərasimi də keçiriləcək. 2002-ci ildən Aİ-nin Azərbaycanda proqram və layihələrin həyata keçirilməsi və idarə olunmasına dəstək ofisi olan “Avropa Evi” bir müddət səfirliklə paralel fəaliyyət göstərəcək. Bu ilin aprelində isə “Avropa Evi”nin fəaliyyətini dayandıracağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR