Bank Of Baku

Müsavat Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Venesiya Komissiyasının növbəti görüşünə qatıla bilər

Müsavat Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Venesiya Komissiyasının növbəti görüşünə qatıla bilər
# 31 yanvar 2008 14:24 (UTC +04:00)
Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Avropa Şurası Venesiya Komissiyasının növbəti görüşünə dəvət ediləcəyi halda, Müsavat Partiyası bu müzakirələrə qatılacaq. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, hələlik bu müzakirələrlə bağlı partiyaya hər hansı dəvət gəlməyib. Partiya funksionerinin sözlərinə görə, Müsavat da daxil olmaqla 4 müxalifət partiyası ötən ilin noyabrında keçirilmiş müzakirələrin İFES tərəfindən təşkil olunduğunu əsas gətirərək bu toplantını boykot etmişdi: “Əgər növbəti müzakirələrdə bizim səsləndirdiyimiz iradlar aradan qaldırılarsa, biz burada iştirak edərik. Amma imitasiya olsa, iştirak etməyəcəyik. Hesab etmirik ki, Seçki Məcəlləsinə ciddi dəyişikliklərin olmayacağı ilə bağlı hakimiyyət təmsilçilərinin verdiyi bəyanatlar həqiqətəuyğundur. Beynəlxalq təşkilatlar və Venesiya Komissiyası məcəllədə bir sıra maddələrin, xüsusilə seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasını təklif edir. Bu istiqamətdə müsbət dəyişikliyin olacağını düşünürük”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR