Bank Of Baku

Nazim İsayev: “Azərbaycanda jurnalistlərin peşəkarlıq problemi var”

Nazim İsayev: “Azərbaycanda jurnalistlərin peşəkarlıq problemi var”
# 31 yanvar 2008 14:33 (UTC +04:00)
“Azərbaycanda on minə yaxın şəxs jurnalist adı daşısa da, onlardan yalnız bir neçə yüz nəfəri peşəkar jurnalistdir”. APA-nın məlumatına görə, bu fikirləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev söyləyib. O, Azərbaycanın sürətlə inkişaf edən və demokratiya yolunda ciddi uğurlar qazanan ölkə olduğunu bildirib. Demokratikləşmə prosesində medianın rolunu xüsusi vurğulayan Nazim İsayev jurnalistlərin peşəkar səviyyədə hazırlanması təşəbbüsünə tərəfdar olduğunu deyib. O qeyd edib ki, Azərbaycanda jurnalistlərin peşəkarlıq baxımından ciddi problemlər var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR