Bank Of Baku

“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib

“Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib
# 31 yanvar 2008 14:33 (UTC +04:00)
Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Avropa Şurasının birgə həyata keçirdiyi “Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək (AZPAC)” layihəsi çərçivəsində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirib. Dövlət orqanlarının aparat və kadr qurumlarının rəhbərləri üçün nəzərdə tutulan seminar Avropa Şurası və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil olunub. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia, Prezident Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çıxış edib. Daha sonra Komissiyanın əməkdaşları “Dövlət Qulluqçularının etik davranış qaydaları haqqında” qanun və onun icrası, Avropa Şurasının eksperti Kventin Rid isə mövcud beynəlxalq təcrübə haqqında iştirakçılara məlumat veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR