Bank Of Baku

Avropa Birliyinin xarici siyasət üzrə komissarı ATƏT məkanındakı “dondurulmuş münaqişələr”in həllinin vacib olduğunu bildirib

Avropa Birliyinin xarici siyasət üzrə komissarı ATƏT məkanındakı “dondurulmuş münaqişələr”in həllinin vacib olduğunu bildirib
# 31 yanvar 2008 16:23 (UTC +04:00)
Avropa Birliyinin xarici siyasət üzrə komissarı Benita Ferrero-Valdner ATƏT-in Daimi Şurasında çıxış edib. APA-nın məlumatına görə, B. F. Valdner ATƏT məkanındakı “dondurulmuş münaqişələr”ə toxunaraq bu münaqişələrin həllinin regional sabitlik üçün vacib olduğunu bildirib. O, çıxışında Kosovo, milli azlıqların hüquqlarının qorunması, demokratiya və mətbuat azadlığı, ATƏT məkanında gözlənilən seçkilər və digər mövzulardan da bəhs edib. Komissar hesab edir ki, ATƏT və Avropa Birliyinin bu məsələlər üzrə sıx əməkdaşlığı zəruridir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR