Bank Of Baku

Rüstəm Şahsuvarov: “Bir qrup şəxs partiyada çevriliş edərək, məni sədrlikdən uzaqlaşdırıb”

Rüstəm Şahsuvarov: “Bir qrup şəxs partiyada çevriliş edərək, məni sədrlikdən uzaqlaşdırıb”
# 01 fevral 2008 09:07 (UTC +04:00)
“Kommunist Partiyasında çevriliş baş verib. Partiyanın rəhbərliyində təmsil olunan bir qrup şəxs - Ələsgər Xəlilov, Seyidağa Muradov və Fikrət Əzizov Büronun iclasını keçirərək, məni partiyanın sədri vəzifəsindən uzaqlaşdırıblar”. Azərbaycan Kommunist Partiyasının bir hissəsinə rəhbərlik edən Rüstəm Şahsuvarov APA-ya bildirib ki, o, adını çəkdiyi şəxslərlə bir partiyada fəaliyyət göstərməyin mümkünsüzlüyünü görərək, qurumdan çıxmaq haqda qərar verib və bu barədə ərizə yazıb. Ancaq həmin şəxslər partiyanın Siyasi Şurasının toplantısını keçirmədən onu sədr vəzifəsindən uzaqlaşdırmaq qərarına gəliblər. R. Şahsuvarov bu qərarı partiyanı ələ keçirməyə cəhd və çevriliş kimi qiymətləndirib: “Guya Kommunist Partiyaları İttifaqının dekabrda keçirilən toplantısında Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovu və onun müavini Yevgeni Kopışevi tənqid etmişəm”. Partiyanın möhürünün aldadılaraq onun əlindən alındığını diqqətə çatdıran R. Şahsuvarov öz tərəfdarlarını bu şəxslərə tabe olmamağa da çağırıb.
Partiya sədrinin müavini Seyidağa Muradov isə Rüstəm Şahsuvarovun dediklərini əsassız adlandırıb: “O, səhhətində problemlər olması haqda ərizə yazıb və onu Büroya təqdim edib. Həmin toplantıda iştirak etmişəm. Orada Rüstəm Şahsuvarovun ərizəsi müzakirə olunub və o, partiyadan çıxarılıb. Rüstəm Şahsuvarov isə iclasda iştirak etməyib”. Seyidağa Muradov bu ay sədr vəzifəsinə seçkinin keçiriləcəyini də deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR