Bank Of Baku

Fuad Muradov: “Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi, radikal dini sektalar öz sıralarına əsasən gəncləri cəlb edirlər”

Fuad Muradov: “Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi, radikal dini sektalar öz sıralarına əsasən gəncləri cəlb edirlər”
# 01 fevral 2008 10:13 (UTC +04:00)
“Azərbaycanda fəaliyyət göstərən qeyri-ənənəvi, radikal dini sektalara əsasən gənclər cəlb olunur”. Milli Məclisin deputatı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov APA-ya açıqlamasında bildirib ki, gənclərin belə zərərli yerlərdən çəkindirilməsi üçün təmsil etdiyi qurum bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutub. O, gənclər arasında radikal dini icmaların təbliğat aparmasının mənfi tendensiyalarla nəticələnəcəyindən ehtiyatlandığını da söyləyib: “Bəzən bu gənclərin imkansızlıq ucbatından bu icmalara getdikləri deyilir. Lakin hədəf seçilən gənclərin arasında onlarla maddi imkanı yüksək olanlar da var. Azərbaycanın ruhani qurumları və hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı fəaliyyəti aktivləşdirməlidir. Çünki həmin radikal dini icmalar gənclərlə özlərinə sərf edən şəkildə işlərini qururlar”. F. Muradov rəhbərlik etdiyi qurumun bu ildən təlim kurslarına başlayacağını da deyib: “Gənclərin bu sektalara yönəlməsi, onların əsl İslamdan xəbərsiz olmasından irəli gəlir. Milli Şura təlim kursları ilə yanaşı, kitab və proşuraların nəşr etdirib, gənclər arasında yaymağa da başlayacaq. Bütün bunlar gənclərin qismən də olsa, həmin dini sektaların qarmağına keçməsindən xilas edə biləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR