Bank Of Baku

Hüquq müdafiəçiləri AŞ PA həmməruzəçiləri ilə görüşəcəklər

Hüquq müdafiəçiləri AŞ PA həmməruzəçiləri ilə görüşəcəklər
# 01 fevral 2008 10:23 (UTC +04:00)
Hüquq müdafiəçiləri yaxın günlərdə ölkəmizə səfər edəcək Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova ilə görüşəcəklər. Bu barədə APA-ya hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib. S. Qocamanlı fevralın 4-də baş tutacaq görüşə onunla birgə hüquq müdafiəçisi Eldar Zeynalovun qatılacağını deyib. Hüquq müdafiəçisi bildirib ki, onlar həmməruzəçilərlə Azərbaycanda sərbəst toplaşmaq hüququnun, söz azadlığının vəziyyəti, həbsdə olan jurnalistlər və xəstə məhkumlarla bağlı müzakirələr aparacaqlar. Həmməruzəçilərin səfər çərçivəsində cəzaçəkmə müəssisələrinə də baş çəkəcəklərini bildirən S. Qocamanlı deyib ki, hüquq müdafiəçiləri artıq hansı həbsxanalara, təcridxanalara baş çəkməklə bağlı təkliflərini Andres Herkelə göndəriblər: “Biz onların 1, 9, 12 saylı cəzaçəkmə müəssisələrinə, 1 saylı Bayıl İstintaq Təcridxanasına baş çəkmələrini məsləhət görmüşük”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR