Bank Of Baku

Eldar Namazov: “Prezident seçkiləri öncəsi praymeriz keçirilməsini və müxalifətin strateji alyansının yaradılmasını təklif edəcəyəm”

Eldar Namazov: “Prezident seçkiləri öncəsi praymeriz keçirilməsini və müxalifətin strateji alyansının yaradılmasını təklif edəcəyəm”
# 01 fevral 2008 10:37 (UTC +04:00)
Beş müxalifət qurumunun birləşdiyi qurumun növbəti toplantısı fevralın ilk həftəsində keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti Eldar Namazov məlumat verib. O, toplantıda prezident seçkisi oncəsi vəziyyətin müzakirə olunacağını, bir sıra təkliflərini müxalifət partiyalarının nəzərinə çatdıracağını deyib. E. Namazov təkliflərin prezident seçkiləri öncəsi praymerizin keçirilməsi və müxalifətin strateji alyansının yaradılmasından ibarət olduğunu söyləyib: “Mən onun tərəfdarıyam ki, bütünlüklə də olmasa, heç olmasa, demokratik düşərgənin əhəmiyyətli bir hissəsi vahid qüvvə kimi prezident seçkilərində iştirak etsin”. Qeyd edək ki, bu qurumda Azərbaycan Naminə İctimai Forum, Müsavat Partiyası, Azərbaycan Demokrat Partiyası, Tərəqqi Partiyası və Azərbaycan Milli İstiqlal Partiyası təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR