Bank Of Baku

Etibar Məmmədov: “Siyasi Şuranın hansı qərarlar qəbul etməsi işinə qarışmayacağam”

Etibar Məmmədov: “Siyasi Şuranın hansı qərarlar qəbul etməsi işinə qarışmayacağam”
# 01 fevral 2008 10:54 (UTC +04:00)
“Azərbaycan Milli İstiqlal Partiyasının fəaliyyətinin fəallaşması üçün Siyasi Şurada lazımı qərarlar qəbul olunacaq. Amma mən bu qərarların qəbul olunması işinə qarışmayacağam”. Bu açıqlamanı APA-ya AMİP lideri Etibar Məmmədov verib. Onun sözlərinə görə, partiyanın seçkili orqanları, strukturları var və onlar lazımı tədbirlər görəcəklər: “Onlar özləri qərar verəcəklər, mən partiyanın işinə qarışmıram. Partiyanın fəallaşmaq üçün kifayət qədər imkan və gücləri var”. AMİP-də gedən proseslərə hər hansı müdaxilə etmək niyyətində olmadığını deyən E. Məmmədovun fikrincə, partiyada baş verən son hadisələrin onun kənarda dayanması ilə əlaqəsi yoxdur: “Bütün məsələlərə qurultayda baxacağıq”. E. Məmmədov partiyanın sədrliyinə namizədinin olub-olmaması ilə bağlı sualı cavablandırmayıb. AMİP-in baş katibi Fuad Muxtarov APA-ya açıqlamasında Siyasi Şuranın sabah keçiriləcək iclasında Ayaz Rüstəmovun istefa ərizəsinə baxılacağını deyib. İclasda həmçinin, Mərkəzi Şuranın iclasının vaxtı təyin ediləcək. Növbəti qurultayın vaxtı isə Mərkəzi Şuranın iclasında müəyyənləşəcək. F. Muxtarov E. Məmmədovun partiya sədrliyindən istefasından sonra keçirilən qurultayda partiya sədrliyinə seçkilərin uğurlu olmadığını da vurğulayıb: “Faktdır ki, seçimlər uğurlu olmayıb. Yeni sədrlər seçildikdən bir müddət sonra çoxluğun fikirləri ilə sədrin fikirləri üst-üstə düşməyib və nəticədə sədrin partiyadan getməsi məsələsi gündəmə çıxıb. Bu da ölkədə siyasi sistemin oturaqlaşmaması ilə bağlıdır”. AMİP sədri postundan istefa vermiş Ayaz Rüstəmov isə APA-ya açıqlamasında bildirib ki, onun istefası müzakirəsiz qəbul olunmalıdır. Onun fikrincə, bu barədə aparılan müzakirə formal xarakter daşıyır. A. Rüstəmov sədr seçkilərinin uğursuz olması ilə bağlı baş katibin yanlışlığa yol verdiyini bildirib: “Çünki Əli Əliyev dönəmində də, indi də baş verənlər hamıya məlumdur. Namizədliyim irəli sürüləndə Etibar bəy məni elə-belə müdafiə etməmişdi. Çünki partiyada çoxluq mənim namizədliyimi müdafiə edirdi. Sədr olduğum müddətdə də partiyada hər hansı fikir müxtəlifliyi yaranmayıb. Bilmirəm, Fuad Muxtarov bu məsələni niyə diskussiyaya çıxarıb? Ola bilər ki, mən bəzi kadrların seçimində yalnışlıq etmişəm, Muxtarov da buna işarə edir. Çünki katiblik mənim istədiyim səviyyədə işləməyib, onların rəhbəri Fuad Muxtarov olduğu üçün”. A. Rüstəmov müxalifət düşərgəsini hər hansı perspektiv gözləmədiyini də vurğulayıb. Qeyd edək ki, AMİP-də sədr uğrunda mübarizəyə partiyanın Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov da qoşulub. O, APA-ya açıqlamasında artıq iddiasını ortaya qoyduğunu və partiya rəhbərliyinin bundan xəbərdar olduğunu deyib: “Məni partiyada tanıyırlar və uzun müddətdir AMİP-də fəaliyyət göstərirəm. Digər tərəfdən partiya böhranda deyil. Ümumi passivlik var və bu təkcə AMİP-ə aid deyil”. Ə. Əsgərov partiya rəhbərliyinin onun namizədlik iddiasına normal yanaşdığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR