Bank Of Baku

Ədalət Partiyasına qərargah ayrılıb

Ədalət Partiyasına qərargah ayrılıb
# 01 fevral 2008 11:20 (UTC +04:00)
Ədalət Partiyası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) ilə müqavilə bağlayıb. Partiya sədrinin müavini Mütəllim Rəhimlinin APA-ya verdiyi məlumata görə, müqavilə əsasında Binəqədi rayonu, İ. Dadaşov küçəsi 60 ünvanında yerləşən 4 mərtəbəli binanın üçüncü mərtəbəsində Ədalət Partiyasına qərargah verilib. 161 kvadratmetrlik qərargahın bərbad vəziyyətdə olduğunu deyən M. Rəhimli hazırkı şəraitdə ora köçməyin mümkün olmadığını söyləyib: “Təmir üçün xeyli maliyyə lazımdır. Maliyyə vəsaiti olmadığı üçün yeni qərargaha nə zaman köçəcəyimizi bilmirik”.
Qeyd edək ki, sözügedən binada Mətbuat Şurası və Azərbaycan Sosial Demokrat Partiyası da yerləşir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR