Bank Of Baku

Sərdar Cəlaloğlu: “Prezident seçkiləri öncəsi müxalifətin namizədlər klubu yaradılacaq”

Sərdar Cəlaloğlu: “Prezident seçkiləri öncəsi müxalifətin namizədlər klubu yaradılacaq”
# 01 fevral 2008 11:28 (UTC +04:00)
“Prezident seçkiləri öncəsi müxalifətin namizədlər klubu yaradılacaq.” Bu barədə APA-ya açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. S. Cəlaloğlu bu barədə partiyalar arasında müzakirələrin getdiyini söyləyib: “Partiyaların namizədlərini irəli sürməsi kifayət deyil, namizədlərin qeydiyyata alınması da lazımdır. Bu səbəbdən də qurumun yaradılması iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə iddialı qüvvələrin siyasi blokunun yaradılması nəzərdə tutulur. Çünki burada namizədlərin qeydiyyata alınması ilə bağlı problemlərin həlli üçün birgə səylərin birləşdirilməsi lazım gəlir. İkinci mərhələdə isə qeydiyyatdan keçən namizədlərin koalisiyasının yaradılması nəzərdə tutulur”. O, bir neçə aparıcı müxalifət partiyasının prezident seçkilərində iştirak edəcəyinə və onların namizədlər klubunda təmsil olunacağına inandığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR