Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifətin sammitinin keçirilməsinə ehtiyac görmürəm”

Sərdar Cəlaloğlu: “Müxalifətin sammitinin keçirilməsinə ehtiyac görmürəm”
# 01 fevral 2008 12:01 (UTC +04:00)
“Cəmiyyəti alternativ ideyalarla məşğul etməyin qəti əleyhinəyəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Müxalifətin sammitinin keçirilməsi ideyasına münasibət bildirən S. Cəlaloğlu müxalif qüvvələrin bir araya gəlməsinin real problem olduğunu söyləyib: “Bu ideyanı ortaya atıb diqqətimizi ora yönəltməyin heç bir mənası yoxdur. Hazırda siyasi reallıq ondan ibarətdir ki, “Azadlıq” bloku ADP və Müsavat Partiyası ilə bəlli bir məsafə saxlayır. Biz də “Azadlıq” blokunu nəyin bahasına olur olsun hər hansı ittifaqa cəlb etmək fikrində deyilik”. S. Cəlaloğlu Müsavatla ADP-nin çox yaxşı əməkdaşlıq etdiyini söyləyib: “Ona görə də belə bir sammitin keçirilməsinə ehtiyac görmürəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR