Bank Of Baku

Əli Əliyev: “Dialoq mövqeyində olmaq kiminsə qarşısında alçalmaq anlamına gəlməməlidir”

Əli Əliyev: “Dialoq mövqeyində olmaq kiminsə qarşısında alçalmaq anlamına gəlməməlidir”
# 01 fevral 2008 12:38 (UTC +04:00)
“Müxalifət partiyalarının hakimiyyətə dialoq təkliflərinin perspektivini görmürəm. Çünki hazırkı vəziyyətdə hakimiyyətin danışıqlara getiməsi üçün zəmin yoxdur”. Bu açıqlamanı APA-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Müsavat və ADP-nin hakimiyyətlə dialoq təklifinə münasibət bildirərkən deyib. Partiya sədri hesab edir ki, dialoq təşəbbüsü hakimiyyət tərəfindən olmalıdır. Azərbaycan kimi problemləri olan ölkə üçün dialoqun vacib olduğunu bildirən Ə. Əliyev sözlərinə görə, siyasi münasibətlər elə müstəvidə gedir ki, proseslərin normal inkişafından danışmaq çox tezdir: “Danışıqlara hazır olmaq görüntüsü yaratmaq və dəfələrlə bu təklifi səsləndirmək təşəbbüsü nümayiş etdirən tərəfə başucalığı gətirmir. Çünki bu təkliflərin kifayət qədər alt mənası var. Burada həm beynəlxalq təşkilatlara ünvanlanan mesajlar, həm də öz komandasında “hakimiyyətlə münasibətlər normallaşacaq” deyərək ümid çırağı yandırmaq kimi hədəflər var”. Ə. Əliyevin fikrincə, dialoq təklifi irəli sürənlər dolayısı ilə beynəlxalq təşkilatlara “biz daha yaxşı qüvvəyik və bizə dəstək verilməsi sizin də maraqlarınıza uyğundur” mesajı verilir. “Azadlıq” blokunun da danışıqlar tərəfdarı olduğunu deyən Ə. Əliyev bildirib ki, bu mövqedə olmaq kiminsə qarşısında alçalmaq anlamına gəlməməlidir: “Bu çağırışlara hakimiyyət funksionerləri dilindən hansı cavabların verildiyi bəllidir. Ona görə də hər hansı dialoqun baş tutacağına inanmıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR