Bank Of Baku

Azərbaycanın sabiq iqtisadi inkişaf naziri həbsdə aclıq aksiyasına başlayıb

Azərbaycanın sabiq iqtisadi inkişaf naziri həbsdə aclıq aksiyasına başlayıb
# 01 fevral 2008 14:08 (UTC +04:00)
Azərbaycanın sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyev aclıq aksiyasına başlayıb. Bu barədə eks-nazir yaydığı bəyanatda bildirib. F. Əliyevin vəkili İsaxan Aşurovun APA-ya təqdim etdiyi bəyanatda sabiq nazir saxlanma şəraitindən narazı olması və müalicəsinə imkan verilmədiyi üçün yanvarın 31-dən fevralın 1-nə keçən gecədən başlayaraq 48 saat müddətinə aclıq elan etdiyini vurğulayıb. F. Əliyev vəkillərinin iştirakı ilə öz həkimi, yaxud da başqa həkimlər tərəfindən hərtərəfli müayinə edilməsini və müalicəsinə şərait yaradılmasını tələb edir. O, qısa müddət ərzində bunu etməzlərsə, fasiləsiz aclığa başlayacağını da bəyan edib.
Qeyd edək ki, F. Əliyev Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR