Bank Of Baku

Rüstəm Şahsuvarov Rauf Qurbanovun rəhbərlik etdiyi Kommunist Partiyasının legitimliyini tanıyır

Rüstəm Şahsuvarov Rauf Qurbanovun rəhbərlik etdiyi Kommunist Partiyasının legitimliyini tanıyır
# 01 fevral 2008 14:16 (UTC +04:00)
“Rauf Qurbanovla münasibətlərim hamar olmasa da, onun rəhbərlik etdiyi qurumun daha legitim olduğunu qəbul edirəm”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) digər qanadının sədrliyindən uzaqlaşdırılan Rüstəm Şahsuvarov deyib. O bildirib ki, AKP-nin başqa qanadına rəhbərlik edən R. Qurbanovun Azərbaycan kommunistləri arasında elektoratı var və onunla bir yerdə olması istisna edilmir: “Rauf Qurbanov Azərbaycan Kommunist Partiyasının sədri postuna daha çox iddia edə bilər”. R. Qurbanov isə Rüstəm Şahsuvarov və AKP adına iddia edən digər şəxslərin işbirliyinə əvvəlcədən inanmadığını deyib. O, R. Şahsuvarovun etiraflarını müsbət qiymətləndirdiyini də söyləyib: “Hamı səhv edə bilər, səmimi etirafları isə alqışlayıram. Rüstəm Şahsuvarovla onların əməkdaşlığı uzun sürə bilməzdi. Müqayisə etsək, Rüstəm Şahsuvarov daha savadlı və mədənidir. Digər tərəf isə siyasi cəhətdən savadsız və bazar münasibətləri ilə idarə olunan insanlardır. Təəssüf ki, Rüstəm Şahsuvarov sosial bazası olmadığından alət kimi istifadə edildi”. R. Şahsuvarovla birgə fəaliyyətə gəlincə, R. Qurbanov bildirib ki, rəhbərlik etdiyi qurumda partiyadaxili demokratiya var və istənilən şəxs ərizə ilə müraciət edə bilər. “Partiyanın Siyasi Bürosu onun etiraflarını qəbul etsə, Rüstəm Şahsuvarovu partiyaya üzv qəbul edərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR