Bank Of Baku

ABŞ Respublikaçılar İnstitutu AVCİYA ilə əməkdaşlıq edəcək

ABŞ Respublikaçılar İnstitutu  AVCİYA ilə əməkdaşlıq edəcək
# 01 fevral 2008 14:51 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ABŞ Respublikaçılar İnstitutunun (İRİ) Bakı ofisində ölkə üzrə direktor Ceyk Cons və Proqram üzrə məsul şəxs Elçin Rizayevlə görüşüb. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
M. Zülfüqarlı təmsil etdiyi qurumun Seçki Qərargahının gördüyü işlər barədə məlumat verib. Bundan başqa, o, Seçki Qərargahının 2008-ci il prezident seçkiləri ilə əlaqədar seçki maarifçiliyi və seçkilərin monitorinqi sahəsində görəcəyi işlərlə İRİ nümayəndələrini tanış edib.
Öz növbəsində, C. Cons ABŞ Respublikaçılar İnstitutunun Azərbaycandakı fəaliyyəti ilə bağlı məlumat verərək, AVCİYA üzvlərinin bu institutla əvvəllər əməkdaşlıq etməsini yüksək qiymətləndirib, bu il də əməkdaşlığa hazır olduqlarını bildirib. Görüşün sonunda İRİ ilə AVCİYA arasında seçki müşahidəçiləri üçün treninqlərin keçirilməsi və seçki maarifçiliyi sahəsində əməkdaşlıq barədə ilkin razılıq əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR