Bank Of Baku

MSK-da “qaynar xətt” fəaliyyətə başlayır

MSK-da “qaynar xətt” fəaliyyətə başlayır
# 01 fevral 2008 15:13 (UTC +04:00)
Fevralın 2-dən etibarən Mərkəzi Seçki Komissiyasında (MSK) seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı “qaynar xətt” fəaliyyətə başlayacaq. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, məntəqə seçki komissiyaları yanvarın əvvəlindən seçicilərin daimi siyahılarının dəqiqləşdirilməsinə başlayıb. Bu proses mayın sonuna kimi davam edəcək. Seçicilər adlarının siyahıda olub-olmadığını dəqiqləşdirmək üçün müvafiq məntəqə və dairə seçki komissiyalarına müraciət etməlidir. Bundan əlavə, seçicilər 115 saylı “qaynar xətt”ə zəng vurmaqla da adlarının siyahılara düşməsi ilə bağlı yaranmış problem barədə ətraflı məlumat ala bilərlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR