Bank Of Baku

YAP funksioneri Azərbaycanın müxalifət partiyalarını “Siyasi partiyalar haqqında” qanunu pozmaqda günahlandırır

YAP funksioneri Azərbaycanın müxalifət partiyalarını “Siyasi partiyalar haqqında” qanunu pozmaqda günahlandırır
# 02 fevral 2008 09:15 (UTC +04:00)
“Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyalar vaxtaşırı öz maliyyət fəaliyyətləri, mənbələri haqqında məlumat dərc etməlidir. Amma müxalifət partiyaları qanunun bu tələbini yerinə yetirmir”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (APA) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, müxalifət partiyalarının maliyyə mənbələri ilə bağlı məlumatlar dərc etməməsinin səbəbi onların maliyyə mənbələrinin qaranlıq, müəmmalı olması ilə bağlıdır: “Ona görə də maliyyə mənbələrini gizlədirlər. YAP bu istiqamətdə vaxtaşırı olaraq qanunda nəzərdə tutulan addımları atır və maliyyə mənbələrini açıqlayır. Hansısa partiya maliyyə hesabatlarını açıqlamırsa, buna nəzarət etməli olan qurumlar bu məsələyə diqqət yetirməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR