Bank Of Baku

Andres Herkel və Yevgeniya Jivkovanın Azərbaycana səfəri fevralın 4-də başlayacaq

Andres Herkel və Yevgeniya Jivkovanın Azərbaycana səfəri fevralın 4-də başlayacaq
# 02 fevral 2008 09:23 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova fevralın 4-8-də Azərbaycanda səfərdə olacaqlar. A. Herkelin APA-ya verdiyi məlumata görə, səfər zamanı Azərbaycanda prezident seçkisi öncəsi vəziyyət, söz azadlığı və siyasi məhbus məsələləri ilə bağlı müzakirələr aparılacaq. Onun sözlərinə görə, həmin vaxt Venesiya Komissiyasının üzvləri də Bakıda səfərdə olacaqlar. Buna görə, Monitorinq Komitəsinin həmməruzəçiləri Seçki Məcəlləsinə dəyişikliklər və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun təkmilləşdirilməsi ilə bağlı müzakirələrə də qatılacaqlar. Həmməruzəçilərin prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər, siyasi partiya, qeyri-hökumət təşkilatları, media nümayəndələri ilə görüşü planlaşdırılıb. Onlar həbsdə olan jurnalistlər və adları siyasi məhbus siyahısında olan bəzi məhkumlara da baş çəkəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR