Bank Of Baku

AMİP funksioneri: “Etibar Məmmədov razılıq verməsə, AMİP-dən prezidentliyə digər şəxsin namizədliyi irəli sürülməyəcək”

AMİP funksioneri: “Etibar Məmmədov razılıq verməsə, AMİP-dən prezidentliyə digər şəxsin namizədliyi irəli sürülməyəcək”
# 02 fevral 2008 09:29 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) prezident seçkilərində iştirakla bağlı fikir ayrılığı yaranıb. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, partiya rəhbərliyinin bir hissəsi seçkilərdə iştirakın, Etibar Məmmədovun namizədliyinin irəli sürülməsinin və müxalifətin maksimum az namizədinin olmasının tərəfdarıdır: “Lakin partiyada digər şəxslər də var ki, onlar seçki şəraitinin dəyişməyəcəyi halda seçkilərin boykot edilməsinin tərəfdarıdır. Bu məsələyə partiyanın Mərkəzi Şurasının növbəti iclasında və qurultayda baxılacaq. Əvvəlki iclasda Mərkəzi Şura seçkilərdə iştiraka qərar verib və bu qərar indi də qüvvədədir. Amma çoxluq boykotun tərəfdarı olsa, o zaman seçkilərdə iştirak etməyə bilərik”. Ə. Orucov onu da qeyd edib ki, seçkidə iştirak edəcəkləri halda partiya lideri Etibar Məmmədovun namizədliyinin irəli sürülməsini istəyirlər: “Amma Etibar bəy seçkilərdə iştirak etməsə, o zaman bizim proqram və platformamıza yaxın olan müxalifət partiyasının namizədini dəstəkləyəcəyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR