Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Demokratik Seçki Mərkəzində təmsil olunan partiyaların üzərinə öhdəlik qoyulmayıb”

Mirmahmud Mirəlioğlu: “Demokratik Seçki Mərkəzində təmsil olunan partiyaların üzərinə öhdəlik qoyulmayıb”
# 02 fevral 2008 10:22 (UTC +04:00)
“Demokratik Seçki Mərkəzi prezident seçkilərində iştirakla bağlı yaradılıb. Qurumun fəaliyyət proqramının hazırlanmasına dair isə müzakirələr davam etdirilir. Mərkəzin gələn həftə keçiriləcək toplantısında isə fəaliyyət istiqamətlərini dəqiqləşdirəcəyik”. Bu sözləri APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. KXCP sədri bildirib ki, Demokratik Seçki Mərkəzində təmsil olunan 20-yə yaxın partiya arasında əlaqələr yaxın gələcəkdə daha da intensivləşəcək və genişlənəcək. Onun sözlərinə görə, DSM-də təmsil olunan partiyaların üzərinə öhdəlik qoyulmayıb, münasibətlərin müddəti də müzakirə olunmayıb. M. Mirəlioğlu qurumun yaradılması ilə bağlı aparılan danışıqlar zamanı bu məsələlərin müzakirə mövzusu olmadığını da deyib. O, müxalifət düşərgəsində təmsil olunan partiyaların seçkidə hansı formatda iştirakının tərəfdarı olduğunu da açıqlayıb: “Müxalifət demokratik seçki uğrunda səylərini birləşdirsə, nəyəsə nail olacaq. Sonrakı mərhələdə öz arasında ilkin seçkilərin keçirilməsi məqsədəuyğundur. Bundan sonra rəy sorğusu keçirilməli və kimin üstün olması məsələsi müəyyənləşməlidir. Ancaq bizim hansı varianta üstünlük verəcəyimizə baxmayaraq, zaman öz sözünü deyəcək. Təxminən iyul-avqust aylarında bilinəcək ki, kimin şansı daha böyükdür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR