Bank Of Baku

Müxalifət partiyaları seçkidə təbliğat kampaniyasının müddətinin azaldılmasının əleyhinədir

Müxalifət partiyaları seçkidə təbliğat kampaniyasının müddətinin azaldılmasının əleyhinədir
# 02 fevral 2008 10:57 (UTC +04:00)
“Azərbaycan şəraitində seçkidə təbliğat işlərinə dörd ay vaxt ayrılması daha məqsədəuyğundur”. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov seçkidə təbliğat kampaniyasının müddətinin 4 aydan 2 aya endirilməsi ilə bağlı irəli sürülən təklifə münasibət bildirərkən deyib. H. Rüstəmov iki ayın təbliğat işləri üçün yetərli olmadığını söyləyib: “Müxalifət partiyaları Seçki Məcəlləsinə dəyişiklik edilməsini təklif edərkən kampaniya müddətinin azaldılmasını nəzərdə tutmayıb”. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Həsən Kərimov da APA-ya bildirib ki, müxalifət seçki kampaniyasının dörd ay ərzində aparılmasında razıdır. Onun sözlərinə görə, bu müddəti azaltmaq yox, hətta bir ay müddətinə artırmaq da lazımdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR