Bank Of Baku

Azərbaycan Vətəndaş Həmrəyli Partiyasının sədri Türkiyə Böyük Millət Məclisinin başqanı ilə görüşüb

Azərbaycan Vətəndaş Həmrəyli Partiyasının sədri Türkiyə Böyük Millət Məclisinin başqanı ilə görüşüb
# 02 fevral 2008 11:53 (UTC +04:00)
Misirin paytaxtı Qahirədə İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin Parlament İttifaqının (Pİ) V sessiyasında iştirak edən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Azərbaycan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı Türkiyə Böyük Millət Məclisin sədri Köksal Toptanla görüşüb. VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Türkiyə-Azərbaycan parlamentlərarası münasibətlər və iki ölkədə baş verən son siyasi proseslər barədə fikir mübadiləsi aparılıb. Türkiyədə həbs olunan tanınmış şəxslərin bəzilərinin Azərbaycan həqiqətlərini və faciələrini dünyaya tanıdan simalar olduğunu bildirən S. Rüstəmxanlı bu həbslərin Türkiyənin demokratik imicinə ziyan gətirəcəyini önə çəkib. O bildirib ki, həbs olunanlardan general Vəli Kiçik Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Sevgi Erenerol isə Azəri-Türk Qadınlar Birliyinin Türkiyə təmsilçisidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR