Bank Of Baku

Azərbaycan Milli Məclisinin bir qrup deputatı Avstriyaya yola düşüb

Azərbaycan Milli Məclisinin bir qrup deputatı Avstriyaya yola düşüb
# 03 fevral 2008 09:07 (UTC +04:00)
Bu gün Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadənin rəhbərliyi ilə deputatlar Vahid Əhmədov, Dünyamin Xəlilov, Əli Məsimli, Əhməd Vəliyev, Əhəd Abıyev, Pənah Hüseyn, Azər Əmiraslanov və Vidadi Məmmədov Avstriyanın paytaxtı Vyanaya yola düşüblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, azərbaycanlı deputatlar Beynəlxalq Valyuta Fondunun (BVF) makroiqtisadi siyasət məsələlərinə həsr olunan seminarında iştirak edəcəklər. Azərbaycan, Qazaxıstan və Qırğızıstan respublikalarının parlament nümayəndələri üçün təşkil edilən tədbirdə əsasən büdcə, maliyyə, iqtisadiyyat sahələrinə dair, o cümlədən iqtisadi konsepsiyalar ətrafında fikir və təcrübə mübadiləsi aparılacaq. Seminarda BVF-nin bölgədəki iqtisadi siyasət üzrə tövsiyələrinə baxılacaq. Səfər fevralın 8-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR