Bank Of Baku

Sabah Avropa Birliyi “üçlüyü”nün nümayəndə heyətinin Azərbaycana səfəri başlayır

Sabah Avropa Birliyi “üçlüyü”nün nümayəndə heyətinin Azərbaycana səfəri başlayır
# 03 fevral 2008 09:13 (UTC +04:00)
Onun sözlərinə görə, nümayəndə heyətində AB komissarı Benita Ferrero-Valdner, AB-nin fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Dmitri Rupel və Fransa XİN-in Şərqi Avropa şöbəsinin rəhbəri D. Fux təmsil olunur.
P. Semnebi nümayəndə heyətinin artıq Gürcüstanda olması barədə gürcü KİV-lərinin yazdıqlarını təkzib edib. O qeyd edib ki, əvvəlcə Bakıda olacaq, sonra Gürcüstan və Ermənistana gedəcəklər. Səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər keçirilməsi planlaşdırılır. Bu görüşlərdə Azərbaycanla AB arasında imzalanmış Avropa Qonşuluq Siyasəti proqramının yerinə yetirilmə vəziyyəti, AB ilə təhlükəsizlik, insan hüquq və azadlıqları, ticarət sahəsində əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və digər məsələlər müzakirə olunacaq. Sabah həmçinin AB-nin Azərbaycandakı səfirliyinin açılışı olacaq. P. Semnebi hələlik səfirin adını açıqlamaq istəmədiyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR