Bank Of Baku

AŞ PA məruzəçiləri Azərbaycana gəlir

AŞ PA məruzəçiləri Azərbaycana gəlir
# 03 fevral 2008 10:43 (UTC +04:00)
Y. Jivkova APA-ya bildirib ki, səfərin məqsədi seçkiqabağı situasiya ilə tanış olmaq və Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilmə vəziyyətini öyrənməkdir. Səfərin yekunlarına əsasən məruzə hazırlanacaq.
Azərbaycana sabah gələcək AŞ PA-nın digər həmməruzəçisi Andres Herkel isə APA-ya deyib ki, ölkədə prezident seçkilərinə qədər bir sıra məsələlərin həllini tapması yaxşı olardı: “Bunlar media ilə problemlər, siyasi məhbuslar və qanunvericiliklə - Seçki Məcəlləsi və “Sərbəst toplaşma azadlığı haqqında” qanunla bağlı məsələlərdir”.
Qeyd edək ki, səfər çərçivəsində həmməruzəçilər Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, xarici işlər, daxili işlər və ədliyyə nazirləri, hüquq müdafiəçiləri, media, qeyri-hökumət təşkilatları və siyasi partiyaların nümayəndələri, məhbuslarla görüşəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR