Bank Of Baku

Mübariz Qurbanlı: “Bir partiyanın Məşvərət Məclisi adından çıxış etməsi düzgün olmazdı”

Mübariz Qurbanlı: “Bir partiyanın Məşvərət Məclisi adından çıxış etməsi düzgün olmazdı”
# 04 fevral 2008 10:54 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyası öz işlərini təkbaşına görməyə qadir olsa da, prezident İlham Əliyevin fəaliyyətinə dəstək verən partiyalarla əlaqələrin koordinasiya edilməsi məqsədəuyğundur”. Bu sözləri APA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. M. Qurbanlı iqtidarın siyasətini müdafiə edən partiyaları özündə birləşdirən Məşvərət Məclisində təmsil olunan partiyaların fəaliyyətinin kollegial olduğunu qeyd edib: “Bir partiyanın Məşvərət Məclisi adından çıxış etməsi düzgün olmazdı. Məşvərət Məclisi qurumun nizamnaməsinə uyğun şəkildə fəaliyyət göstərməlidir. Sədrlik isə daxili qanuna görə, rotasiya sistemi ilə olmalıdır. Yığışıb müzakirə etməliyik, fəaliyyətimizi nizamnaməyə uyğun aparmalıyıq. Bunu biz də, digər partiyalar da deyir. Yəqin ki, yığışıb müzakirə edəcəyik. Çoxdandır Məşvərət Məclisi toplanmır. Biz də hesab edirik ki, Məşvərət Məclisinə daxil olan partiyalar birgə toplantı keçirməlidir”. O, YAP-ın bu partiyalarla bir yerdə olmasının nə qədər zəruri olub-olmamasına da münasibət bildirib: “Cəmiyyətdə prezidentin siyasətini müdafiə edən müxtəlif ictimai-siyasi qurumlar var. YAP da fəaliyyətinə dəstək verən partiyalarla əlaqələrini koordinasiya edir. Buna görə də Məşvərət Məclisinin fəaliyyətimizə ziyanı yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR