Bank Of Baku

AMİP Siyasi Şurası partiya sədri Ayaz Rüstəmovun istefasını qəbul edib

AMİP Siyasi Şurası partiya sədri Ayaz Rüstəmovun istefasını qəbul edib
# 04 fevral 2008 11:00 (UTC +04:00)
AMİP sədri Ayaz Rüstəmovun istefa ərizəsi partiyanın Siyasi Şurasında müzakirə olunaraq qəbul edilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda iştirak edən Siyasi Şura üzvləri yekdilliklə sədrin istefa ərizəsinin lehinə səs veriblər. Bundan başqa, Siyasi Şura fevralın 20-nə kimi Mərkəzi Şuranın (MŞ) iclasının keçirilməsi və növbədənkənar qurultayın vaxtının müəyyən edilməsi barədə qərar qəbul edib. Partiya nizamnaməsinə görə, qurultay Mərkəzi Şuranın iclasından sonra 45 gün müddətində keçirilməlidir. İclasda həmçinin AMİP-in “beşlər” çərçivəsində fəaliyyəti müzakirə edilib və bu formatda fəaliyyətin davam etdirilməsi məqsədəuyğun sayılıb. Bu formata daxil olan partiyaların 2008-ci il prezident seçkiləri ilə bağlı müxalifətin fəaliyyəti barədə hazırladıqları birgə sənəd AMİP tərəfindən dəstəklənib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR