Bank Of Baku

Amerika azərbaycanlıları prezident seçkilərində Con Makkeyni dəstəkləyəcək

Amerika azərbaycanlıları prezident seçkilərində Con Makkeyni dəstəkləyəcək
# 04 fevral 2008 11:16 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, USAN-ın yaydığı açıqlamada təşkilatın ABŞ-dakı azərbaycanlıları və başqa türkdilli Amerika vətəndaşlarını sıralarında birləşdirdiyi qeyd olunur: “Xüsusilə Kaliforniya, Nyu-York, Nyu-Cersi və Texas ştatlarında cəmləşmiş 400 min nəfərlik azərbaycanlı icması başqa türkdilli icmalarla birlikdə yeni qüvvə kimi çıxış etmək niyyətindədir”. USAN respublikaçı namizədi müdafiə etməsinin səbəblərini izah edərkən onun şəxsi keyfiyyətlərini, xarici siyasət və hərbi sahədə təcrübəsini, qanunvericilik təşəbbüslərini qeyd etməklə yanaşı, C. Makkeynin Cənubi Qafqaz, Xəzər hövzəsi, keçmiş sovet məkanından baş çıxarması, Türkiyə və Azərbaycanda səfərlərdə olması, Dağlıq Qarabağ problemində ərazi bütövlüyü prinsipinə üstünlük verməsi, qondarma “erməni soyqırımı” məsələsində obyektiv mövqe tutmasını da vurğulayıb. Respublikaçı namizəd həmçinin Azərbaycanın avroatlantik məkana hərbi, iqtisadi və təhlükəsizlik baxımından inteqrasiyasını da dəstəkləyir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR