Bank Of Baku

Səbayel rayon İcra Hakimiyyəti 2007-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirib

Səbayel rayon İcra Hakimiyyəti 2007-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirib
# 15 fevral 2008 11:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Səbayel rayon İcra Hakimiyyəti 2007-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirib. APA-nın məlumatına görə, tədbirdə hesabat məruzəsi ilə çıxış edən icra başçısı Sahib Ələkbərov rayonda ötən il ərzində görülmüş işlərdən və vacib problemlərin həlli yollarından danışıb. Onun sözlərinə görə, 2007-ci il müddətində rayonun sənaye müəssisələri üzrə 364,5 milyon manatlıq məhsul istehsal edilib, sənayedə orta hesabla bir işçiyə düşən orta aylıq əmək haqqı 579,2 manat olub. İl ərzində rayonda çalışan işçilərin sayı 3 743 nəfər artaraq 83 651 nəfərə çatıb. Həmçinin, rayonda 5 279 yeni iş yeri açılıb. İcra başçısı ötən il ərzində rayon ərazisindəki mədəniyyət ocaqlarının bir hissəsinin təmir olunduğunu, yol çəkilişlərinin davam etdiyini bildirib. S. Ələkbərov metronun “Sahil” stansiyasının qarşısından Dənizkənarı Bulvar istiqamətində yeraltı keçidin tikintisinin nəzərdə tutulduğunu, Fəvvarələr meydanı və Sahil Bağının təmir ediləcəyini bildirib. O, narahatlıq doğuran problemlərdən birinin də torpaqların qeyri-qanuni zəbt olunması, qanunsuz tikililərin aparılması olduğunu deyib: “Ötən il onlarla qanunsuz tikili sökülüb, 200-dən çox belə cəhdin qarşısı alınıb”. Tədbirdə rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Badamdar bələdiyyəsinin sədri Bəybala Hüseynov, rayon polis idarəsinin rəisi Xanlar Zeynalov və digər şəxslər də hesabat məruzəsi ilə çıxış ediblər. Tədbirin sonunda ölkə prezidentinə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR