Bank Of Baku

YAP-ın Səbayel təşkilatı rayon ərazisindəki seçicilərlə iş aparır

YAP-ın Səbayel təşkilatı rayon ərazisindəki seçicilərlə iş aparır
# 15 fevral 2008 11:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Yeni Azərbaycan Partiyasının (YAP) Səbayel rayon təşkilatı prezident seçkiləri ilə əlaqədar rayon ərazisində yaşayan seçicilərlə iş aparmağa başlayıb. APA-nın məlumatına görə, təşkilatın sədri Zahid Qaralov bu işə bir neçə yüz partiya fəalının cəlb olunduğunu deyib. O bildirib ki, təxminən 3 ay əvvəl başlayan iş nəticəsində rayonda yaşayan seçicilərin bankı yaradılıb: “Səbayel rayonunda 52 minə qədər seçici var və onlar arasında apardığımız iş demək olar ki, yekunlaşıb. Bu seçicilərin 32 faizi YAP üzvü, 62 faizi bitərəflər, 5-6 faizi isə başqa partiyaların üzvləridir. Biz YAP üzvlərinin siyasi hazırlıqlarını artırmaqla yanaşı, bitərəflərlə də iş aparmağı planlaşdırmışıq. Hazırda təşkilatımızın 19 mindən çox üzvü var. Bu da respublikadakı YAP-çıların 5 faizini təşkil edir”. Z. Qaralovun sözlərinə görə, rayon ərazisindəki bitərəflərin içərisində YAP-ın əleyhinə olan və hələlik lazımı mövqe seçməyənlər də var: “Əksəriyyət isə bizim partiyaya meylli şəxslərdir. Biz bu təhlilləri davam etdirəcəyik və hər bir qrupla iş aparacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR