Bank Of Baku

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə elmi konfrans keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə elmi konfrans keçirilib
# 15 fevral 2008 14:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədov-APA. Müsavat Partiyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə elmi konfrans keçirilib. APA-nın məlumatına görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, 1918-20-ci illərdə mövcud olan respublikanın yaradıcıları Azərbaycan tarixində xüsusi yer tuturlar. Milli Məclisin deputatı Cəmil Həsənli isə Məmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və milli fikrin formalaşmasındakı rolundan danışıb: “Həmin illərdə baş verən hadisələrin ətraflı öyrənilməsi üçün Rusiya və Böyük Britaniya arxivlərində araşdırma aparmaq lazımdır. Bunun üçün tədqiqatçı-alimlərə şərait yaradılmalıdır”. Milli Məclisin deputatı Pənah Hüseyn və digərləri də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və bu dövlətin yaradıcılarının rolundan söz açıblar. Tədbirdə 2008-ci ilin “Elçibəy ili” elan edildiyi də açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR